XƏBƏRLƏR

ORHUN MÜBADİLƏ PROQRAMI 2024-2025

06 mart, 2024

 Müraciət müddəti: 26 mart – 26 aprel
 Kimlər müraciət edə bilər?

Professor-müəllim heyəti

Tələbələr


 Tələbələr üçün məlumat:
 Seçdiyiniz universitetin ixtisasınıza uyğun olub-olmadığını yoxlayın.
 Mübadilə 1 və ya 2 semestr davam edə bilər.
 Təhsil haqqınızı öz universitetinizə ödəməyə davam edirsiniz.
 Mübadilə müddətində qeydiyyat dondurula bilməz.
 Qalma və yemək xərcləri qəbul edən universitet tərəfindən qarşılanır, lakin əlavə nağd ödəniş edilmir.
 Tələb olunan ÜOMG: Minimum 75/100

 Tələb olunan sənədlər:
 Transkript (ingilis dilinə tərcümə və rəsmi təsdiq olunmuş)
 Tələbə Haqqında Məlumat Forması (ÖĞRENCİ BİLGİ FORMU – kompüterdə doldurulmalıdır)

 Müəllimlər üçün məlumat:
 Mübadilə müddəti ən azı 1 həftə, ən çox 1 semestr təşkil edir.
 Akademik fəaliyyət həftədə minimum 6 saat olmalıdır.
 Tədris etmədikdə seminar, panel və konfranslarda iştirak nəzərə alınır.
 Mübadiləyə üstünlük verilmə şərtləri:

İlk dəfə iştirak edənlərə üstünlük verilir.

Seçilən universitetin tədris dilinə uyğunluq tələb olunur.


 Tələb olunan sənədlər:
 Müəllim Haqqında Məlumat Forması (ÖĞRETİM ÜYESİ BİLGİ FORMU)
 Akademik Heyətin Mobillik Proqramı (ÖĞRETİM ÜYESİ HAREKETLİLİK PROGRAMI)

 Sənədlərin təqdim olunması:
Bütün sənədlər kompüterdə doldurulmalı və [email protected] e-mail ünvanına göndərilməlidir.

 Ətraflı məlumat üçün:
ADU-nun Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.