XƏBƏRLƏR

Günay Baxşiyevanın və Cahanxanım Yaqubovanın seminar müzakirələri keçiriləcək

28 yanvar, 2025

14 fevral 2025-ci il tarixində saat 12:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının doktorantı Günay Şərafəddin qızı Baxşiyevanın 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında “UİLYAM QOLDİNQ YARADICILIĞINDA ROMAN-PRİTÇA” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının doktorantı Cahanxanım Miramin qızı Yaqubovanın 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında “CEYN OSTİNİN ROMANLARINDA PSİXOLOGİZM” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcək.

5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə

Elmi Seminar