Sücəddin Əyyublunun dissertasiya işinin seminarı keçiriləcək
16 dekabr, 2024

19 Dekabr 2024-cü il tarixində saat 12.00-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının bazasında yaradılmış BFD 2.12 Birdəfəlik dissertasiya şurasının 5709.01- Roman dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dissertantı Sücəddin Fərman oğlu Əyyublunun 5709.01 - Roman dilləri ixtisasında “Fransız dilindəki yeni neologizmlərin struktur-semantik təhlili” mövzusunda təqdim etdiyi dissertasiya işinin seminarı keçiriləcək.