XƏBƏRLƏR

Beynəlxalq Əlaqələr şöbəsinin elanı! Litvada 1 aylıq təqaüd proqramı

17 sentyabr, 2024

Klaipeda Universitetinin Litva Araşdırmaları və Xarici Dillər Mərkəzi əcnəbiləri Litva dili və mədəniyyəti qış kurslarına qeydiyyatdan keçməyə dəvət edir. Bu maraqlı fürsət həm əyani, həm də onlayn formada təhsil imkanları təklif edir.

Qeydiyyat linki-https://docs.google.com/forms/d/e/1FAIpQLSeenbR6dfDaxO2zO12k08ZNsOttw1I57n_bG3ewW2CgJCwlTQ/viewform

 Müraciət akademik heyət və tələbələr üçün açıqdır

 825 € təqaüd ( yalnız əyani formada- max 3 nəfər)

 Təqaüdsüz iştirakçılar üçün xüsusi endirimlər olacaqdır

 Proqramın başlama vaxtı- 3 yanvar 2025-ci il

 Proqramın bitmə vaxtı- 1 fevral 2025-ci il

 Son qeydiyyat tarixi 15.10.2024

Əlavə suallar üçün: [email protected]

Tələb edilən sənədlər (ingilis dilində):

·       Xarici pasportun sürəti

·       Tövsiyə məktubu (xüsusi formada)

·       Motivasiya məktubu

·       Təhsil aldığı yer haqqında (tələbələr üçün) universitetdən arayış

·       İş yeri haqqında (akademik heyət üçün) universitetdən arayış