Beynəlxalq Əlaqələr şöbəsinin elanı!

İtaliyanın Ka’Foskari Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 2024-2025-ci tədris ilinin yaz semestri üçün magistratura pilləsi üzrə tələbə qəbulunu açıq elan edir.
Tələbələr üçün tələb olunan sənədlər:
Tövsiyyə məktubu (1 ədəd)
Motivasiya məktubu
Akademik transkript
Dil sertifikatı (İtalyan və/və ya ingilis dili üzrə minimum B2 səviyyə)
Əlavə dil sertifikatları (əgər varsa)
Tədqiqat planı və qeydiyyat formu
Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd
CV (Avropa formatında, ingilis dilində)
Şəxsiyyət vəsiqəsinin və xarici pasportun sürəti
Universitetin tələbəsi olduğuna dair arayış
Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan və s.) üstünlük veriləcəkdir.
Sənədlərin göndərilməsi üçün son tarix: 20/09/2024
Sənədləri həm elektron şəkildə ([email protected]), həm də sənəd şəklində Beynəlxalq Əlaqələr şöbəsinə təqdim etməyiniz xahiş olunur.