XƏBƏRLƏR

Təhsil 1 və Təhsil 2 fakültələrinin II kurs tələbələri arasında şeir müsabiqəsi keçiriləcək

06 may, 2024

Azərbaycan Dillər Universiteti Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Təhsil-2 fakültəsinin nəzdində Xarici  dillər kafedrasının təşkilatçılığı ilə “Ümümmilli liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Təhsil 1 və Təhsil 2 fakültələrinin II kurs bakalavr tələbələri arasında şeir müsabiqəsi elan olunur.

Müsabiqənin şərtləri və qiymətləndirmə meyarları:

• “Şeir müsabiqəsi” bir mərhələdən ibarətdir;

• Müsabiqə Təhsil 1 və 2 fakültələrinin II kurs tələbələri iştirak edə bilər;

• Xüsusi komissiya tərəfindən tələbələrin şeirləri qiymətləndiriləcək və ballara əsasən qaliblər müəyyən ediləcək.

Komissiyanın üzvləri:

b/m. Quliyeva Nigar

m. Bağırova Ruhlanə

m. Veyisova Əsmər

Mükafatlar:

• Toplanan ballara əsasən 1 tələbə 1-ci, 2 tələbə 2-ci, 3 tələbə 3-cü yerə layiq görüləcək. Hər bir lauriat mükafat və diplomla təltif olunacaq.

Şeir müsabiqəsinin keçirilmə tarixi: 13.05.2024 / saat 12:00-da Oxu zalında keçiriləcək.