Vüsalə Məmmədovanın dissertasiyasının ilkin müzakirəsi keçiriləcək
18 aprel, 2024
17 may 2024-cü il tarixində saat 12.00-da Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının 5704.01-Dil nəzəriyyəsi ixtisasının fəlsəfə doktoru proqramı üzrə dissertantı Vüsalə Sabit qızı Məmmədovanın “Kütləvi informasiya vasitələrində reklam mətnlərinin funksional-semantik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcək.
Dissertasiya ilə Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasında tanış olmaq olar.