XƏBƏRLƏR

“Qrammatika Olimpiadası” müsabiqəsi elan olunur

16 aprel, 2024

 

Azərbaycan Dillər Universiteti

Müəllim və Tələbə Həmkarlar Təşkilatı

 

İngilis dilinin qrammatikası kafedrasının təşkil etdiyi

“Qrammatika Olimpiadası”

 

Azərbaycan Dillər Universiteti Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə İngilis dilinin qrammatikası kafedrası “Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə” Təhsil I və II fakültəsinin 1-ci kurs bakalavr tələbələri arasında İngilis dilinin Praktik və Kommunikativ Qrammatika I fənlərindən Ulu Öndər H.Əliyevin dövlətçilik və gənclər siyasəti haqqında fəaliyyətini əks etdirən “Qrammatika Olimpiadası” müsabiqəsi elan olunur.

 

Müsabiqənin şərtləri, qiymətləndirmə meyarları və mövzuları:

  • “Qrammatika Olimpiadası” 2 mərhələdən ibarətdir;
  • Olimpiyadada Təhsil I və II fakültəsinin 1-ci kurs tələbələri iştirak edə bilər;
  • Olimpiyadanın ilkin mərhələsi aşağıdakı mövzuları əhatə edir:
  1. Use the correct tense and voice forms;
  2. Use the apporpirate forms of the verbals in brackets;
  3. Define the verbals and their constructions stating their functions;
  4. Paraphrase the given sentences using the verbals or constructions with them;
  5. Translate.
  • Birinci mərhələ yuxarıda adıçəkilən mövzular üzrə 50 ballıq 5 tapşırıqdan ibarətdir; hər tapşırıq 10 balla qiymətləndiriləcək;
  • 40-50 bal toplayan tələbə yarışın ikinci mərhələsində iştirak etmək hüququ qazanacaqdır;
  • Olimpiyadanın ikinci mərhələsində I kurs üzrə İngilis dilinin Praktik və Kommunikativ qrammatikası fənlərindən sillabus üzrə tədris olunan mövzuları (yalnız Modal feillər mövzusu istisna olmaqla) əhatə edən 100 ballıq test tapşırığından ibarətdir;
  • Xüsusi komissiya tərəfindən tələbələrin işləri qiymətləndiriləcək və ballara əsasən qaliblər müəyyən ediləcək.

 

Komissiya üzvləri:   Röya Əliyeva

                                  Püstəxanım Yusifova

                                  Kəmalə Məlikli

                                  Leyla Süleymanova

                                 Səfiyyə Bərmuzi

 

Mükafatlar:

  • Toplanan ballara əsasən 1 tələbə 1-ci, 2 tələbə 2-ci, 3 tələbə 3-cü yerə layiq görüləcək. Hər bir lauriat uyğun pul mükafatı ilə mükafatlandırılacaqlar;
  • Xüsusi fərqlənən 6 nəfər tələbə isə sertifikatla təltif olunacaq.

 

Qrammatika olimpiadasının keçirilmə tarixi: 22- 26.04.2024 (I mərhələ)

                                                                                      10.05.2024 (II mərhələ)

 

Nəticələrin elanı və mükafatlandırma tarixi: 20.05.2024