Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elanı
Azərbaycan Dillər Universiteti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 163 s nömrəli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu 16 aprel 2024-cü il tarixindən 15 may 2024-cü il tarixinədək nəzərdə tutulur. Fəlsəfə doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçıların Fəlsəfə fənni üzrə imtahanı 2, 3, 4 sentyabr 2024-cü il, ixtisas imtahanı isə 9, 10, 11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Fəlsəfə proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”(TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyatdan keçməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”ndan çıxarış
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Fəlsəfə doktoru proqramı üzrə |
Elmlər doktoru proqramı üzrə |
||||||
Doktorantura |
Dissertantura |
Doktorantura |
Dissertantura |
||||||
Cəmi |
Dövlət sifarişli və ödənişli əsaslarla |
Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli |
Cəmi |
Dövlət sifarişli və ödənişli əsaslarla |
Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli |
||||
o cümlədən |
o cümlədən |
||||||||
əyani |
qiyabi |
əyani |
qiyabi |
||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
Azərbaycan Dillər Universiteti |
|||||||||
5704.01 |
Dil nəzəriyyəsi |
1 |
1 |
|
|
|
|
|
|
5706.01 |
Azərbaycan dili |
1 |
1 |
|
1 |
|
|
|
|
5708.01 |
German dilləri |
2 |
1 |
1 |
|
|
|
|
|
5709.01 |
Roman dilləri |
1 |
|
1 |
1 |
|
|
|
|
5714.01 |
Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik |
1 |
1 |
|
1 |
|
|
|
|
5716.01 |
Azərbaycan ədəbiyyatı |
1 |
|
1 |
|
|
|
|
|
5718.01 |
Dünya ədəbiyyatı |
1 |
|
1 |
|
|
|
|
|
5801.01 |
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası |
1 |
|
1 |
|
|
|
|
|
5804.01 |
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi |
1 |
|
1 |
|
|
|
|
|
5901.01 |
Beynəlxalq münasibətlər |
3 |
1 |
2 |
1 |
|
|
|
|
6114.01 |
Sosial psixologiya |
1 |
|
1 |
|
|
|
|
|
|
Cəmi: |
14 |
5 |
9 |
4 |
|
|
|
|