XƏBƏRLƏR

Beynəlxalq Əlaqələr şöbəsinin elanı!

13 mart, 2024

İspaniyanın Mursia Universiteti ERASMUS+ mübadilə proqramı çərçivəsində 2024-2025-ci tədris ilinin payız semestri üçün bakalavr pilləsi üzrə qəbulu açıq elan edir.

Tələbələr üçün tələb olunan sənədlər:

1.      Tövsiyyə məktubu (1 ədəd)

2.      Motivasiya məktubu

3.      Akademik transkript

4.      Dil sertifikatı (İspan dili minimum B1)

5.      Əlavə dil sertifikatları (əgər varsa)

6.      Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd

7.      CV (Avropa formatında)

Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan) üstünlük veriləcəkdir.

Sənədlərin göndərilməsi üçün son tarix: 05/04/2024

Sənədləri həm elektron şəkildə ([email protected]), həm də sənəd şəklində Beynəlxalq Əlaqələr şöbəsinə təqdim etməyiniz xahiş olunur.