XƏBƏRLƏR

Polşanın Qdansk Universiteti 2024-2025-ci tədris ilinin payız semestri üçün qəbulu açıq elan edir

07 mart, 2024

Beynəlxalq əlaqələr şöbəsinin elanı!

 

Polşanın Qdansk Universiteti ERASMUS+ mübadilə proqramı çərçivəsində 2024-2025-ci tədris ilinin payız semestri üçün akademik heyət və bakalavr, magistratura pillələri üzrə qəbulu açıq elan edir.

Tələbələr üçün tələb olunan sənədlər:

  1. Tövsiyyə məktubu (1 ədəd)
  2. Motivasiya məktubu
  3. Akademik transkript
  4. Dil sertifikatı (Rus dili minimum B1)
  5. Əlavə dil sertifikatları (əgər varsa)
  6. Tədqiqat planı (yalnız magistratura tələbələri üçün)
  7. Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd
  8. CV (Avropa formatında)

 

Akademik heyət üçün tələb olunan sənədlər:

 

  1. CV (Avropa formatında)

  2. Passport

  3. İş haqqında arayış

  4. Dil sertifikatı (Rus dili minimum C2)

  5. Tövsiyyə məktubu

  6. Motivasiya məktubu

 

Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan) üstünlük veriləcəkdir.

 

Sənədlərin göndərilməsi üçün son tarix: 30/04/2024

 

Sənədləri həm elektron şəkildə (international.relations@adu.edu.az), həm də sənəd şəklində Beynəlxalq Əlaqələr şöbəsinə təqdim etməyiniz xahiş olunur.