Lənkəran Dövlət Universiteti Elmi-praktiki konfransa dəvət edir
Hörmətli həmkarlar!
Lənkəran Dövlət Universiteti sizi 24-25 may 2024-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Gəncləşən və müasirləşən Lənkəran Dövlət Universiteti Lənkəran şəhərinin-Türk dünyasının gənclər paytaxtının simvoludur” mövzusunda keçiriləcək Respublika Elmi-praktiki konfransında iştirak etməyə dəvət edir.
Konfransın işçi dilləri: Azərbaycan, Türk, Rus və İngilis
Tezislərin tərtibinə qoyulan tələblər:
1. Tezislər Times New Roman 12 şriftlə, 1 intervalla yazılmalıdır;
2. Tezis mətni 1-2 səhifə aralığında olmalıdır;
3. Tezisin mətni Azərbaycan, Türk, Rus və İngilis dillərində verilə bilər;
4. Tezisdə müəllifin soyadı, adı, elmi adı və elmi dərəcəsi, əməkdaşı olduğu müəssisənin adı və e-mail ünvanı göstərilməlidir;
5. Elmi dərəcəsiz müəlliflərin təqdim edəcəyi tezislər üçün təsdiqli rəy tələb olunur;
6. Magistrantlar tezislərini elmi rəhbərləri ilə birgə təqdim etməlidir;
7. Tezis müəlliflərinin ən azı biri konfransda iştirak etməlidir;
8. Tezisdəki orfoqrafik səhvlər üçün müəllif məsuliyyət daşımaqdadır;
9. Konfrans üçün tezislər 13 may 2024-cü il tarixinədək qəbul ediləcəkdir;
10. Hazırlanan tezislər [email protected] elektron ünvanında qəbul olunur.
Ətraflı məlumat əldə etmək üçün linkə daxil ola bilərsiniz
https://lsu.edu.az/new/index.