XƏBƏRLƏR

Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

01 mart, 2024

Hörmətli həmkarlar, 16.04.2024-cü il tarixində Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın regional bölməsi 19.04.2024-cü il tarixində Bakı Dövlət Universiteti ilə birlikdə Qazax şəhərində təşkil olunacaq. Konfransın məqsədi inklüziv təhsilin təşkilində ali təhsil müəssisələrinin qarşısında duran məsələlər, məzmun və təlim texnologiyaları, səriştə əsaslı kadr hazırlığı, eləcə də, bu istiqamətdə beynəlxalq təcrübələrin öyrənilməsi və müzakirəsi platformasının yaradılmasıdır.

Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, tədqiqatçıları və magistrantları konfransda iştirak etməyə dəvət olunur.

LINK