XƏBƏRLƏR

Beynəlxalq Əlaqələr şöbəsinin elanı!

14 dekabr, 2023

  Rumıniyanın Piteşti Universiteti ERASMUS+ mübadilə proqramı çərçivəsində 2023-2024-cü tədris ilinin yaz semestri üçün bakalavr, magistratura, doktorantura pillələri üzrə tələbə qəbulunu açıq elan edir.

Tələbələr üçün tələb olunan sənədlər:

1.      Tövsiyyə məktubu (1 ədəd)

2.      Motivasiya məktubu

3.      Akademik transkript

4.      Dil sertifikatı (Rumin dili və/ və ya İngilis dili minimum B1)

5.      Əlavə dil sertifikatları (əgər varsa)

6.      Tədqiqat planı (yalnız magistratura və doktorantura tələbələri üçün)

7.      Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd

8.      CV (Avropa formatında)

 

Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan) üstünlük veriləcəkdir.

 

Sənədlərin göndərilməsi üçün son tarix: 22/12/2023

 

Sənədləri həm elektron şəkildə ([email protected]), həm də sənəd şəklində Beynəlxalq Əlaqələr şöbəsinə təqdim etməyiniz xahiş olunur.