ERASMUS+ mübadilə proqramı çərçivəsində yaz semestri üçün tələbə qəbulu açıq elan edilir

Beynəlxalq Əlaqələr şöbəsinin elanı!
Rumıniyanın Alexandru Ioan Cuza Iasi Universiteti ERASMUS+ mübadilə proqramı çərçivəsində 2023-2024-cü tədris ilinin yaz semestri üçün akademik heyət və bakalavr, magistratura, doktorantura pillələri üzrə tələbə qəbulunu açıq elan edir.
Tələbələr üçün tələb olunan sənədlər:
- Tövsiyyə məktubu (1 ədəd)
- Motivasiya məktubu
- Akademik transkript
- Dil sertifikatı (İngilis dili və/ və ya Rumin dili minimum B1)
- Əlavə dil sertifikatları (əgər varsa)
- Tədqiqat planı (yalnız magistratura və doktorantura tələbələri üçün)
- Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd
- CV (Avropa formatında)
Akademik heyət üçün tələb olunan sənədlər:
1. CV (Avropa formatında)
2. Passport
3. İş haqqında arayış
4. Dil sertifikatı (İngilis dili və/ və ya Rumin dili minimum B2)
5. Tövsiyyə məktubu
6. Motivasiya məktubu
Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan) üstünlük veriləcəkdir.
Sənədlərin göndərilməsi üçün son tarix: 06/11/2023
Sənədləri həm elektron şəkildə (international.relations@adu.