XƏBƏRLƏR

Fransanın Ruan Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində tələbə qəbulunu açıq elan edir

04 sentyabr, 2023

Fransanın Ruan Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 2023-2024-cü tədris ilinin yaz semestri üçün bakalavr, magistratura və doktorantura pillələri üzrə tələbə qəbulunu açıq elan edir.

Tələbələr üçün tələb olunan sənədlər:
Tövsiyyə məktubu (1 ədəd)
Motivasiya məktubu
Akademik transkript
Dil sertifikatı (Fransız dili, minimum B1)
Əlavə dil sertifikatları (əgər varsa)
Tədqiqat planı (yalnız magistratura və doktorantura tələbələri üçün)
Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd
CV (Avropa formatında)

Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan) üstünlük veriləcəkdir. 

Sənədlərin göndərilməsi üçün son tarix: 02/10/2023

Sənədləri həm elektron şəkildə ([email protected]), həm də sənəd şəklində Beynəlxalq Əlaqələr şöbəsinə təqdim etməyiniz xahiş olunur.