XƏBƏRLƏR

İtaliyanın Ka’Foskari Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində magistratura pilləsi üzrə tələbə qəbulunu açıq elan edir

29 avqust, 2023

İtaliyanın Ka’Foskari Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 2023-2024-cü tədris ilinin yaz semestri üçün magistratura pilləsi üzrə tələbə qəbulunu açıq elan edir.

Tələbələr üçün tələb olunan sənədlər:
Tövsiyyə məktubu (1 ədəd)
Motivasiya məktubu
Akademik transkript
Dil sertifikatı (İtalyan və/və ya ingilis dili üzrə minimum B2 səviyyə)
Əlavə dil sertifikatları (əgər varsa)
Tədqiqat planı
Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd
CV (Avropa formatında)
Şəxsiyyət vəsiqəsinin və ya pasportun nüsxəsi
Universitetin tələbəsi olduğuna dair arayış

Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan və s.) üstünlük veriləcəkdir.

Sənədlərin göndərilməsi üçün son tarix: 18/09/2023

Sənədləri həm elektron şəkildə ([email protected]), həm də sənəd şəklində Beynəlxalq Əlaqələr şöbəsinə təqdim etməyiniz xahiş olunur.