Türkiyənin Ankara Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində tələbə qəbulunu açıq elan edir
25 avqust, 2023

Beynəlxalq Əlaqələr şöbəsinin elanı!
Türkiyənin Ankara Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 2023-2024-cü tədris ilinin yaz semestri üçün bakalavr, magistratura və doktorantura pillələri üzrə tələbə qəbulunu açıq elan edir.
Tələbələr üçün tələb olunan sənədlər:
- Tövsiyyə məktubu (1 ədəd)
- Motivasiya məktubu
- Akademik transkript
- İngilis dili sertifikatı
- Əlavə dil sertifikatları (əgər varsa)
- Tədqiqat planı (yalnız magistratura və doktorantura tələbələri üçün)
- Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd
- CV (Avropa formatında)
Sənədlərin göndərilməsi üçün son tarix: 08/09/2023
Sənədləri Beynəlxalq Əlaqələr şöbəsinə (əsas bina, otaq 221) təqdim etməyiniz xahiş olunur.