XƏBƏRLƏR

Yeqzar Cəfərli və Qismət Rüstəmovun seminar müzakirələri keçiriləcək

08 iyun, 2023

19 iyun 2023-cü il tarixində saat 14:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Bakı Mühəndislik Universitetinin İngilis dili kafedrasının dissertantı Yeqzar İsfəndiyar oğlu Cəfərlinin 5718.01 – Dünya ədəbiyyatı (ABŞ ədəbiyyatı) ixtisasında “Den Braunun bədii mətnlərində gerçəklik və onun postmodernist strukturu (“Da Vinçi şifrəsi”, “Cəhənnəm”, “Mələklər və şeytanlar” romanları əsasında)” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı Qismət Elçin oğlu Rüstəmovun 5718.01 – Dünya ədəbiyyatı (ABŞ ədəbiyyatı) ixtisasında “Cefri Yevgenides və Conatan Safran Foyerin nəsrində identiklik axtarışları” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcəkdir.

5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə

Elmi Seminar