XƏBƏRLƏR

Səyyarə Quliyevanın dissertasiya işinin seminarı keçiriləcək

05 iyun, 2023

14 İyun 2023-ci il tarixdə saat 14.00-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının 5708.01- German dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dissertantı Səyyarə Ələkbər qızı Quliyevanın 5708.01 - German dilləri ixtisasında “İngilis dili mətnlərinin strukturunun situativ-kommunikativ aspektləri” mövzusunda  təqdim etdiyi dissertasiya  işinin seminarı keçiriləcəkdir.