Dəyanət Ağayevin dissertasiya işinin seminarı keçiriləcək
05 iyun, 2023
14 İyun 2023-cü il tarixdə saat 12.00-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının 5708.01- German dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dissertantı Dəyanət Sabir oğlu Ağayevin 5708.01 - German dilləri ixtisasında “QLOBALLAŞMA ŞƏRAİTİNDƏ İNGİLİS DİLİNİN AZƏRBAYCAN DİLİNƏ TƏSİRİ” mövzusunda təqdim etdiyi dissertasiya işinin seminarı keçiriləcəkdir.