Səyyarə Quliyevanın dissertasiyasının ilkin müzakirəsi keçiriləcək
27 oktyabr, 2022
29 noyabr 2022-ci il tarixində saat 14.00-da Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının 5708.01-German dilləri ixtisasının fəlsəfə doktoru proqramı üzrə sabiq dissertantı Səyyarə Ələkbər qızı Quliyevanın “İngilis dili mətnlərinin strukturunun situativ-kommunikativ aspektləri” mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcəkdir.
Dissertasiya ilə Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasında tanış olmaq olar.