XƏBƏRLƏR

Leyla Əlizadənin dissertasiya işinin seminarı keçiriləcək

13 oktyabr, 2022

20 oktyabr 2022-ci il tarixdə saat 17.30-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının 5708.01- German dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Turizm və Menecment Universitetinin dissertantı Leyla Vaqif qızı Əlizadənin 5708.01 - German dilləri ixtisasinda “Qlobal İngilis Dilində turizm leksikasının formalaşmasında alınma prosesinin rolu” mövzusunda  təqdim etdiyi dissertasiya  işinin seminarı keçiriləcəkdir.