Firuzə Rzayevanın dissertasiyasının ilkin müzakirəsi keçiriləcək
21 sentyabr, 2022

06 oktyabr 2022-ci il tarixində saat 15.00-da Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının 5801.01Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasının elmlər doktoru proqramı üzrə dissertantı Firuzə Ədalət qızı Rzayevanın “Ali təhsil müəssisələrində ingilis dilinin tədrisi prosesində tələbələrin müstəqil işlərinin təşkilinin elmi-pedaqoji əsasları” mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcəkdir.
Dissertasiya ilə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasında tanış olmaq olar.