XƏBƏRLƏR

Azərbaycan Dillər Universiteti Arizona Dövlət Universitetinin TEFL/TESOL sertifikat proqramını təklif edir

27 aprel, 2022

                                 

                                                         

 

Azərbaycan Dillər Universiteti Arizona Dövlət Universitetinin TEFL/TESOL sertifikat proqramını təklif edir

2022-ci ilin aprel ayında Azərbaycan Dillər Universiteti (ADU) və ABŞ-ın nüfuzlu universitetlərindən biri olan Arizona Dövlət Universiteti (ASU) arasında anlaşma  memorandumu imzalanmışdır. Sözügedən memoranduma əsasən 2022-ci ilin may ayından etibarən ADU ASU-nun TEFL və TESOL proqramları üzrə təmsilçisi kimi çıxış edəcək və birgə təlimlər təşkil edəcək. Təlimlər online və üzbəüz olaraq ADU və ASU təlimçiləri tərəfindən həyata keçiriləcəkdir.

TEFL/TESOL Nədir?

TEFL (Teaching English as a Foreign Language) və TESOL (Teaching English to Speakers of Other Languages) ifadələri ingilis dilinin ana dili olmadığı ölkələrdə tədris edildiyi zaman işlədilir.

Niyə TEFL/TESOL?

İngilis dili bir çox sahələr üzrə xüsusilə, təhsil, siyasət, elm və texnologiya üzrə qlobal dilə çevrilib və hazırda dünyanın 100-dən çox ölkəsində ikinci dil kimi tədris edilir. TEFL/TESOL kursları ingilis dilinin xarici/ikinci dil kimi tədrisi keyfiyyətinin inkişafı üçün təbii platformadır. Sonda təqdim edilən sertifikat müəllimlərə yalnız Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində xarici dil müəllimliyi etmək imkanı yaradır.

Niyə Arizona Dövlət Universiteti?

Arizona Dövlət Universiteti keyfiyyətli və innovativ təhsil proqramları ilə tanınır. Arizona Dövlət Universitetinin dünyanın 100-dən çox ölkəsində pedaqoji fəaliyyət göstərmiş müəllimləri ən müasir təcrübəyə malikdirlər. Belə ki, onlar dil müəllimlərini beynəlxalq təhsildə ən son yeniliklərlə tanış edirlər. Ətraflı məlumat üçün https://globallaunch.asu.edu/teach-english/tesol-certification  saytına daxil ola bilərsiniz.

Tədris:

TEFL proqramı 120 saatlıq kursdan ibarətdir. Ümumilikdə 150 saatlıq kursu əhatə TESOL proqramının 120 saatı onlayn olaraq ASU tərəfindən, 30 saatlıq praktik məşğələlər isə (dərsin izlənməsi və s.) ADU təlimçiləri tərəfindən ASU-nun nəzarəti altında həyata keçiriləcək. İştirakçılar TEFL sertifikatı almaq üçün yalnız 120 saatlıq kursda iştirak etməlidirlər. TESOL sertifikatı əldə etmək istəyənlər isə əlavə 30 saat təcrübəni tamamlamalıdırlar. İştirakçılar nəzəri təlim, praktik tapşırıqların yerinə yetirilməsi, eləcə də dərs planının hazırlanması üçün zəruri olan material və resurslarla təmin ediləcəklər.

Kursun tarixləri:

Kursun birinci mərhələsinin may ayında başlaması nəzərdə tutulur (tarix haqqında əlavə məlumat veriləcək). Kursun müddəti iştirakçının özündən asılıdır və həftəlik dərslərin sayından asılı olaraq 8, 10, 12 və ya 15 həftə ərzində (başladığı gündən 4 ay gec olmayaraq) tamamlana bilər. Bununla yanaşı, kursun müddətinin uzadılması da nəzərə alına bilər. Ən azı üç nəfər müraciət edərsə, birinci turun başa çatıb-çatmamasından asılı olmayaraq proqramın yeni mərhələsi başlayacaq.

Sertifikat:

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar Arizona Dövlət Universitetinin rəsmi TESOL sertifikatını əldə edəcək.  

Ödəniş: $950

Qeydiyyat: Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz http://shorturl.at/jmCQ8