XƏBƏRLƏR

Gülçöhrə Fərhadovanın dissertasiyasının ilkin müzakirəsi keçiriləcək

03 mart, 2022

7 aprel 2022-ci il tarixində saat 14.00-da Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının 5708.01­­­-German dilləri ixtisasının fəlsəfə doktoru proqramı üzrə sabiq dissertantı Gülçöhrə İsfəndiyar qızı Fərhadovanın “İngilis dilinin leksik fondunun qloballaşma şəraitində zənginləşməsi yolları” mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcəkdir.

Dissertasiya ilə Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasında tanış olmaq olar.       

[email protected]   

[email protected]