Azadə Mikayılovanın dissertasiyasının ilkin müzakirəsi keçiriləcək
16 fevral, 2022
15 mart 2022-ci il tarixində saat 14.00-da Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının 5708.01-German dilləri ixtisasının fəlsəfə doktoru proqramı üzrə sabiq dissertantı Azadə Ramazan qızı Mikayılovanın “Kontekstual sinonimlər və onların mətndüzəltmə funksiyası (ingilisdilli bədii nəsr nümunələri əsasında)” mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcəkdir.
Dissertasiya ilə Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasında tanış olmaq olar.