XƏBƏRLƏR

Beynəlxalq Konfrans keçiriləcək - ELAN

10 fevral, 2022

Hörmətli tədqiqatçılar (tələbə və magistrlər)

Sizi 20 mart 2022-ci il tarixində 7 fərqli ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızistan) iştirakı ilə Türkiyədə təşkil olunan “NEW APPROACHES AND SEARCHES IN SCIENCES (BİLİMDE YENİ YAKLAŞIMLAR VE ARAYIŞLAR)” adlı I Beynəlxalq Konfransda iştirak etməyə dəvət edirik.

Tezislərin qəbul tarixi: 10 fevral - 11 Mart 2022

Konfrans tarixi: 20 Mart 2022

İşçi dillər: Türk Dilləri (Azərbaycan Türkcəsi, Türkiyə Türkcəsi, Qazax Türkcəsi....) Rusca, İngiliscə, Almanca

Konfransa elmin bütün sahələri üzrə tezis (elmi tədqiqatın nəticəsini) göndərə bilərsiniz:

Fizika-riyaziyyat elmləri; Kimya və biologiya; Texniki elmlər;  Torpaqşünaslıq; Coğrafiya və Yer elmləri; Tarix elmləri; Hüquq elmləri; Siyasi elmlər; Pedaqoji elmlər; Tibb elmləri; Psixologiya elmləri; İqtisadi elmlər; Fəlsəfə elmləri; Filologiya elmləri; Kulturologiya; Jurnalistika; Folklorşünaslıq; Musiqişünaslıq  və s.

Konfransda iştirak ödənişlidir.  

Sadəcə online - pdf jurnal və sertifikat:

Tək müəllifli tezis – 30 AZN;  tezis müəlliflərinin sayı iki nəfər olduqda – 50 AZN

Nəşr olunmuş jurnal:

Tək müəllifli tezis: 40 AZN; tezis müəlliflərinin sayı iki nəfər olduqda: 60 AZN.

Hər tezis üçün sadəcə 1 (bir) jurnal veriləcəkdir. İkinci jurnal üçün 10 AZN karqo ödənişi tələb edilməkdədir. Sertifikatlar sadəcə pdf olub, konfrans saytından yüklənəcəkdir.

Konfrans materialları həm pdf şəklində, həm də jurnal şəklində nəşr olunacaqdır.

Tezisi qəbul edilən hər kəsə İngilis dilində sertifikat təqdim ediləcəkdir.

Konfrans materiallarının pdf variantı academia.edu və google scholar saytlarına yerləşdiriləcəkdir.

Konfrans materialları Ankarada beynəlxalq nəşriyyatda çap ediləcəkdir.

Jurnallar toplu şəkildə Bakıda bir adresə göndəriləcək və müəlliflər oradan təmin edə biləcəklər.

 Konfransda iştirak üçün:

Tezislərinizi [email protected] ünvanına göndərin. (Telefon nömrənizi, pdf və ya çap olunmuş jurnal istəyib-istəmədiyinizi yazın.)
Tezisiniz qəbul edildikdə, siz watsap qrupuna daxil ediləcəksiniz.
Ödənişi edin (watsap qrupunda bankın rekviziti veriləcək.)
Bütün məlumatlar whatsap qrupundan veriləcəyi üçün jurnal nəşr olunana qədər whatsap qrupundan ayrılmamağınız məsləhət görülür.

MATERİALA OLAN TƏLƏBLƏR

Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)
Səhifənin formatı: А4 (210x297 мм);
Oriyentasiya: kitab;
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2,5 см;
Çap: Times New Roman, ölçü (keql) – 12;
Sətirlərarası interval: 1,5;
Paraqraf abzası: 1.25
Tezisin həcmi: maks. 3 səh.
Mətnin orijinallığı: ən azı 70 %

TƏRTİBAT

-Tezisin adı (12 punto, böyük hərflərlə, qalın şriftlə, ortada);
Bir sətir aralı:
-Müəllifin s.a.a (tam) (kiçik hərflər, qalın şriftlə, ortada);
-Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, ortada);
-İş (təhsil) yeri (kiçik hərflər, ortada);

-E-mail (kiçik hərflər, ortada) və whatsap əlaqə nömrəsi.
-Orcid id kodu (kiçik hərflər, ortada); (orcid.org-da qeydiyyatdan keçib ala bilərsiniz.)

Bir sətir aralı:
-Abstract (maks.150 söz);
-Key words (3-4 söz);
Bir sətir aralı:
-Tezisin əsas mətni bir sətirdən sonra verilir;
-Ədəbiyyat siyahısı: məqalənin sonunda “Ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir. Mətndə ədəbiyyata istinadlar aşağıdakı qaydada göstərilir: (Vahabzadə, 2005: 98). Qeyd: Tezislər üçün ədəbiyyat  göstərmək şərt deyil.

Önəmli:

Tərtibat qaydalarına uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.

Tezislər e-mailə göndərilmədən öncə diqqətlə yoxlanılmalıdır, sonradan düzəliş tələbi qəbul edilməyəcəkdir, bununla bağlı bütün məsuliyyətlər müəllifə aiddir.

Ətraflı məlumat üçün:  

Tel: + 90 531 089 4515  (WhatsApp)