XƏBƏRLƏR

“Türk Dünyası Mədəniyyəti” adlı Beynəlxalq tələbə konfransı keçiriləcək

23 dekabr, 2021

Dekabrın 27-də saat 10:00 da Türkiyənin Dokuz Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin əməkdaşlığı çərçivəsində Təhsildə Keyfiyyətin təminatı və monitorinq şöbəsinin təşkilatçılığı ilə “Türk Dünyası Mədəniyyəti” adlı Beynəlxalq tələbə konfransı keçiriləcəkdir. Adı çəkilən universitetlərin hər birindən 6 tələbə müxtəlif mövzularla (ingilis, alman, və fransız dillərində) konfransda çıxış edəcək.

Zoom platforması üzərindən keçiriləcək onlayn konfransa aşağıdakı link vasitəsi ilə qoşula bilərsiniz. https://zoom.us/j/99023798954?pwd=bEVnWTlON2s4M2ZOeFZXVHBrN0dDdz09