XƏBƏRLƏR

Aynur Rzayevanın dissertasiyasının onlayn müzakirəsi keçiriləcək

16 noyabr, 2021

17 dekabr 2021-ci il tarixində saat 11.00-da Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının 5714.01­Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə dissertantı  Aynur Mirəli qızı Rzayevanın “İngilis və Azərbaycan bədii mətnlərində koheziya və informativlik” mövzusunda təqdim etdiyi dissertasiyasının onlayn ilkin müzakirəsi keçiriləcəkdir.

Dissertasiya ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı (FF) kafedrasında tanış olmaq olar.                                             

 [email protected]    [email protected]