Afaq Eminlinin seminar müzakirəsi keçiriləcək
05 noyabr, 2021

19 noyabr 2021-ci il tarixində saat 12:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının doktorantı Afaq Azər qızı Eminlinin 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Anjela Karterin yaradıcılığında gender problemi” mövzusunda təqdim etdiyi dissertasiya işinin seminar müzakirəsi keçiriləcəkdir.
5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə
Elmi Seminar