XƏBƏRLƏR

Əzizə Salamova və Xumar Abdullayevanın dissertasiya işlərinin seminar müzakirələri keçiriləcək

15 oktyabr, 2021

22 oktyabr 2021-ci il tarixində saat 12:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı Əzizə Sahib qızı Salamovanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Virciniya Vulf və Marqaret Drabl yaradıcılığında feminizm” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının doktorantı Xumar Vəliyəddin qızı Abdullayevanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “İngilis- Azərbaycan elmi-fantastika ədəbiyyatının inkişaf təmayülləri (Herbert Uells və Azərbaycan elmi fantastikası)” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcəkdir.

5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə

Elmi Seminar