Azərbaycan Dillər Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq
06 sentyabr, 2021
Azərbaycan Dillər Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq
2021/2022-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu 7 Sentyabr tarixindən 20 Sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyent aşağıda qeyd olunan sənədlərin elektron versiyasını Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyatın başlanması elan edildikdən sonra http://portal.edu.az üzərindən sistemə yükləməlidir.
DİQQƏT
- http://portal.edu.az – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.
Tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Tam orta təhsilini başa vurması haqqında sənəd
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd (oğlanlar üçün);
- Sağlamlıq haqqında tibbi arayış;
- 3/4 ölçüdə fotoşəkil;
- Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün);
- Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri (vəsiqələri).
QEYD
- Sənədlərin əsli (siyahıya əlavələr oluna bilər) dərs başlayan zaman təqdim olunacaq.
Qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərsiniz.
Tel: 012 441 22 78
Email: [email protected]
İmtiyazlarla bağlı:
Baş hüquqşünas
Tel: 012 440 15 18