XƏBƏRLƏR

Azərbaycan Dillər Universiteti fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

01 iyul, 2021

Azərbaycan Dillər Universiteti fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

 

 

  Azərbaycan Dillər Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin

  2021-ci il 22 iyun tarixli 356 s nömrəli sərəncamına uyğun olaraq fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

         Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan  Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

         Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı  iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

  Elmlər doktoru proqramı üzrə dissertanturaya daxil olmaq istəyənlərin seçdikləri

 ixtisasa uyğun işləmələri tələb olunur.   

        Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya sənəd qəbulu üçün 15 iyul 2021-ci il son tarixdir. Fəlsəfə doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçıların Fəlsəfə fənni üzrə imtahanları 1, 2, 3 sentyabr 2021-ci il, ixtisas imtahanları isə 9, 10 sentyabr 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.

        Fəlsəfə və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”(TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyatdan keçməlidirlər.

 

                         
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”ndan çıxarış

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

Doktorantura

Dissertantura

Dokotorantura

Dissertantura

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
 əsaslarla
***

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
 əsaslarla
***

o cümlədən

o cümlədən

əyani

qiyabi

əyani

qiyabi

1

2

3

4

5

6

7

8

9

10

Azərbaycan Dillər Universiteti

5704.01

Dil nəzəriyyəsi

1

 

1

1

 

 

 

1

5706.01

Azərbaycan dili

1

 

1

1

 

 

 

1

5708.01

German dilləri

1

 

1

2

1

 

1

 

5709.01

Roman dilləri

1

 

1

1

 

 

 

1

5714.01

Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik

1

1

 

1

1

 

1

 

5716.01

Azərbaycan ədəbiyyatı

1

 

1

1

 

 

 

1

5718.01

Dünya ədəbiyyatı

1

 

1

1

1

 

1

 

5801.01

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası

2

1

1

2

 

 

 

 

5804.01

Ümumi pedaqogika, pedaqoqgikanın və təhsilin tarixi

2

 

2

1

 

 

 

 

5901.01

Beynəlxalq münasibətlər

2

 

2

1

1

 

1

 

6114.01

Sosial psixologiya

1

 

1

 

1

 

1

 

 

                                    Cəmi:

14

2

12

12

5

 

5

4