Pərvanə Cəfərovanın dissertasiyasının ilkin müzakirəsi keçiriləcək
29 iyun 2021-ci il tarixində saat 12.00-da Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının 5708.01-German dilləri ixtisası üzrə doktorantı Pərvanə Fərhad qızı Cəfərovanın “Müasir ingilis dilində fonetik səviyyədə yeni meyillərin yaranması” mövzusunda təqdim etdiyi dissertasiyasının online qaydada ilkin müzakirəsi keçiriləcəkdir.
Dissertasiya ilə Ümumi dilçilik kafedrasında tanış olmaq olar.