XƏBƏRLƏR

Nurlana Axundova və Mənsurə Ağayevanın dissertasiya işlərinin seminar müzakirələri keçiriləcək

03 may, 2021

27 may 2021-ci il tarixində saat 12:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının doktorantı Nurlana Akif qızı Axundovanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Tomas Eliot poemalarının poetik xüsusiyyətləri” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının dissertantı Mənsurə Tiflis qızı Ağayevanın 5718.01 – Dünya ədəbiyyatı (ABŞ ədəbiyyatı) və 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisaslarında “U.Folkner və Azərbaycan ədəbiyyatı” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcəkdir. 

5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə

Elmi Seminar