Aynur Məmmədovanın dissertasiyasının müzakirəsi keçiriləcək
15 aprel, 2021

19 aprel 2021-ci il tarixində saat 10.00-da Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının 5716.01-Azərbaycan ədəbiyyatı ixtisası üzrə sabiq dissertantı Aynur Məmməd qızı Məmmədovanın “XX əsrin 20-30-cu illərində Azərbaycan ədəbi tənqidində klassik irs probleminə müasir baxış” mövzusunda təqdim etdiyi dissertasiyasının online qaydada ilkin müzakirəsi keçiriləcəkdir.
Dissertasiya ilə Azərbaycan ədəbiyyatı kafedrasında tanış olmaq olar.