Nigar Həbibullayevanın dissertasiya işinin seminarı keçiriləcək
15 aprel, 2021

21 aprel 2021-ci il tarixdə saat 12.00-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının 5708.01- German dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Turizm və Menecment Universitetinin İngilis dili kafedrasının dissertantı Nigar Fikrət qızı Həbibullayevanın 5708.01 - German dilləri ixtisasında “Пути вербализации концепта идеологии в американском дискурсе” mövzusunda təqdim etdiyi dissertasiya işinin seminarı keçiriləcəkdir.
Dissertasiya Şurası