XƏBƏRLƏR

“İblislərlə dolu dünya elmin şam işığında” kitabının müzakirəsi

19 mart, 2021

Azərbaycan Dillər Universiteti Tələbə Elmi Cəmiyyəti və Skandinaviya Mərkəzinin təşkilatçılığı ilə 27 mart 2021-ci il tarixində “ELM” gününə həsr olunmuş Karl Saqanın “İblislərlə dolu dünya elmin şam işığında” kitabının müzakirəsi keçiriləcəkdir.

Tədbir Karl Saqanın “İblislərlə dolu dünya elmin şam işığında”kitabının Azərbaycan dilinə tərcümə edən Yalçın İslamzadənin (Head of Science Department at Oxbridge Academy) iştirakı ilə keçiriləcək.
Eyni zamanda Karl Saqanın “İblislərlə dolu dünya elmin şam işığında” kitabı əsasında Esse müsabiqəsi də elan edilir.

Esse müsabiqəsində seçilmiş yazıların müəllifləri Təşəkkürnamə və hədiyyələrlərlə mükafatlandırılacaqlar.
Essenin yazılma qaydaları

• müəllifin adı, soyadı – 12 pt, (səhifənin yuxarısında sağda);
• təhsil aldığı fakültənin,qrupun adı – 12 pt, (səhifənin yuxarısında sağda);
• Esselər – maksimum 3 səhifə, A4 formatında, Times New Roman, 12 pt ilə, 1,15 intervalla yığılır.
İştirakçılar essələrini [email protected] və ya [email protected] elektron poçt ünvanına 17 aprel 2021-ci il tarixindən gec olmayaraq göndərə bilərlər.

Qeyd* Tədbir 27 Mart 2021-ci il saat 17:00 da başlayacaq.

*Tədbirin linki 27 Mart 2021-ci il Tələbə Elmi Cəmiyyətinin və ADU-nun Rəsmi Facebook səhifəsində paylaşılacaqdır .