XƏBƏRLƏR

Azərbaycan Universitetində elmi-praktiki konfrans keçiriləcək

02 mart, 2021

Azərbaycan Universitetində 2021-ci ilin aprel ayının 9-da Gənc tədqiqatçıların IV Respublika elmi-praktiki konfransı keçiriləcək. Konfransın məqsədi gənc tədqiqatçıların İKT və tətbiqləri, humanitar və sosial elmlər və iqtisadiyyat sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransın gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasında və əldə etdikləri elmi nəticələrin cəmiyyətə çatdırılmasında mühüm rol oynayacağını nəzərə alaraq, əməkdaşları konfransda iştirak etməyə dəvət edirik.

Konfrans haqqında məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.

http://au.edu.az/az/menu/540/genc-tedqiqatcilarin-dorduncu-respublika-elmi-praktik-konfransi-muellifler-ucun-telimatlar