ADU-da elmi seminar keçiriləcək
04 noyabr, 2026
Noyabrın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidmət Mərkəzinin təşkilatçılığı ilə “Web of Science məlumatları əsasında Azərbaycan Dillər Universitetinin tədqiqat fəaliyyətinin strateji təhlili: güclü və zəif tərəfləri, gələcək tədqiqat prioritetləri” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda Xəyala Hacıyeva “Strategic Analysis of the Research Activity of Azerbaijan University of Languages Based on Web of Science Data: Strengths, Weaknesses, and Future Research Priorities” mövzusunda təqdimatla çıxış edəcək.
Tədbir saat 11:00-da ADU-nun Qiraət zalında (R. Behbudov küçəsi, 134) keçiriləcək.
