Leyla Əliyeva və Xanım Cəfərlinin dissertasiya işlərinin seminar müzakirələri keçiriləcək
05 noyabr 2026-cı il tarixində saat 11:30-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının doktorantı Leyla Astan qızı Əliyevanın 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında “Conatan Kounun Romanlarında mİllİ kİmlİk və özgələşmə problemİ” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının doktorantı Xanım Səməd qızı Cəfərlinin 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında “CORC ORUELLİN YARADICILIĞINDA MÜHARİBƏ MÖVZUSU ANTİİNSAN MODELİ KONTEKSTİNDƏ” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcək.
5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə
Elmi Seminar