XƏBƏRLƏR

ADU-da tətbiqi dilçiliyə həsr olunmuş konfrans keçiriləcək

19 oktyabr, 2026

Azərbaycan Dillər Universitetində (ADU) 15–16 dekabr 2026-cı il tarixlərində “Tətbiqi dilçiliyin aktual problemləri: çağırışlar və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransın istiqamətləri:
Tərcüməşünaslığın aktual problemləri
Dil və süni intellekt
Xarici dillərin tədrisində müasir texnologiyalar
Kontrastiv dilçilikdə əsaslı tədqiqatlar
Diskurs tədqiqatları
Rəqəmsal ədəbiyyat və tətbiqi dilçilik: yeni mətn və kommunikasiya formaları
Konfransın işçi dilləri: Azərbaycan, ingilis və rus dilləri.
İştirak forması: hibrid.
Tezislərin göndərilməsinin son tarixi: 15 noyabr 2026-cı il.
Tezislərin quruluşu və tərtibi qaydaları
Tezisin adı ortada, qara iri şriftlə çap olunmalıdır.
Müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi göstərilməlidir.
Tezisin həcmi 450–500 söz, formatı A4 olmalıdır.
Açar sözlər Azərbaycan, ingilis və rus dillərində (3–5 söz) təqdim edilməli və 12 pt şriftlə yazılmalıdır.
Tezislər Times New Roman şriftində, 12 pt ölçüdə hazırlanmalıdır.
Hər tərəfdən kənar boşluqlar 2 sm olmalıdır.
Sətirlərarası məsafə 1,5 olmalıdır.
İstinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilməlidir (məsələn: [1] və ya [1, s. 119]).
Tezislər elektron variantda təqdim olunmalıdır.
Konfransa göndərilən, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər qəbul ediləcək.
Qeydiyyat haqqı: 50 manat.
Təşkilat komitəsi ilə əlaqə:
Tel.: (+994 12) 441 22 78 (daxili 257)
E-mail: [email protected]