XƏBƏRLƏR

ADU-da sosial-psixoloji harmoniya mövzusunda seminar keçiriləcək

22 sentyabr, 2026

Azərbaycan Dillər Universitetində (ADU) akademik mühitdə səmərəli əməkdaşlığın, qarşılıqlı etimadın və sosial-psixoloji harmoniyanın gücləndirilməsi, kafedra və şöbələrdə sağlam iş münasibətlərinin formalaşdırılması istiqamətində maarifləndirici seminar keçiriləcək.
Keyfiyyətin Təminatı və Monitorinq Şöbəsinin təşkilatçılığı ilə Psixologiya və Pedaqogika kafedrasının dosenti Ceyhun Alıyevin “Administrativ idarəetmədən akademik sinerjiyə: kafedra və şöbələrdə sosial-psixoloji harmoniya və etimadın yaradılması” mövzusunda seminarı təşkil olunacaq.
Tarix: 24 sentyabr 2026-cı il
Saat: 12:00
Ünvan: ADU, Əsas bina, Oxu zalı (I mərtəbə)
Qeyd: İştirak vacibdir.