ADU əlavə təhsil (təkrar ali təhsil) üzrə tələbə qəbulu elan edir
16 iyul, 2026
Azərbaycan Dillər Universiteti əlavə təhsil (təkrar ali təhsil) üzrə tələbə qəbulu elan edir
Azərbaycan Dillər Universiteti 2026/2027-ci tədris ili üçün əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə aşağıdakı ixtisaslara tələbə qəbulu elan edir:
Filologiya (dillər üzrə)
Jurnalistika (tədris ingilis dilində)
Beynəlxalq münasibətlər (tədris ingilis dilində)
Regionşünaslıq (ölkələr üzrə)
Tərcümə (dillər üzrə)
Təhsil ödənişli əsaslarla və əyani təhsilalma forması üzrə həyata keçiriləcəkdir.
Sənəd qəbulu elektron qaydada portal.edu.az platforması vasitəsilə 30 avqust 2026-cı il tarixinədək aparılır.
Əlaqə:
(070) 713-83-73
