ADU dekan müavini vəzifəsinə vakansiya elan edir
Azərbaycan Dillər Universiteti PHŞ Təhsil fakültəsində dekan müavini vəzifəsinə vakansiya elan edir
Əsas tələblər:
Ali təhsil ( fakültənin profilinə uyğun )
Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
Komandada işləmə
Məsuliyyətlilik
İntizamlılıq
Nəticəyönümlülük
Dəqiqlik
Dil bilikləri (fakültənin profilinə uyğun)
Vəzifə və öhdəliklər
-Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;
-Tədris prosesinə, tələbələrin tədris-istehsalat təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;
-Müəllimlərin tədris məşğələlərində iştirak edir, onlara metodiki köməklik göstərir;
-Semestr imtahanlarının keçirilməsində iştirak edir;
-Dekanlıqda, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir ;
-Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir;
-Kafedraların dekanlığa təqdim etdiyi dərs yüklərinə əsasən dərs cədvəllərini hazırlayıb təsdiq etdirmək, müəllim və tələbələrin istifadəsinə vermək;
-Tədrisin təşkili ilə bağlı dekana təkliflər vermək və fakültədə tədris prosesinə nəzarət etmək;
-Tədris ili ərzində keçirilən universitetdaxili və fakültədaxili iclaslarda iştirak edərək müəyyən məlumatlar əldə etmək və tədris prosesi ilə bağlı tələb olunan tapşırıqları yerinə yetirmək;
-Fənn jurnallarının mütəmadi olaraq yoxlamaq və lazımi qeydlər etmək;
-Fakültədə tədrisin keyfiyyətinə nəzarət etmək üçün tələbələrlə sorğular keçirmək və mövcud vəziyyətdən məlumatlı olmaq;
-Tyutorların qruplarla apardığı işlərə daim nəzarət etmək və onlara müəyyən məsləhətlər vermək;
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 22 iyul saat 18:00-dək göndərə bilərlər.