Gənc tədqiqatçılar üçün beynəlxalq müsabiqə elan olunur
Meksika Milli Muxtar Universitetinin (UNAM) Asiya, Afrika və Okeaniya Araşdırmaları Universitet Proqramı (PUEAAO) tərəfindən “Asiya Araşdırmaları üzrə İllik Tədqiqat Mükafatı 2026” müsabiqəsi elan edilmişdir.
Müsabiqədə 2025-ci ilin yanvar–dekabr ayları ərzində bakalavr, magistr və ya doktorluq dərəcəsi almış şəxslər iştirak edə bilərlər. Təqdim edilən tədqiqat işləri Asiya qitəsi və ya Asiya diasporu ilə bağlı mövzuları əhatə etməli, Sosial və Humanitar Elmlər sahəsinə aid olmalı və ispan dilində təqdim edilməlidir.
Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:
* Bakalavr işi;
* Magistr dissertasiyası;
* Doktorluq dissertasiyası.
Qaliblər müvafiq olaraq 15 000, 30 000 və 45 000 Meksika pesosu məbləğində pul mükafatı ilə təltif olunacaqlar.
Müraciətlər onlayn qaydada qəbul edilir.
Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/5kauUtK9SdHNJsqB6
Müraciətlərin son tarixi elan dərc edildiyi gündən etibarən 30 təqvim günüdür.