XƏBƏRLƏR

Serbiya Respublikasında ali təhsil üzrə təqaüd proqramına müraciət açıq elan edilir

09 iyun, 2026

Serbiya Respublikası tərəfindən 2026–2027-ci tədris ili üçün Azərbaycan Respublikası vətəndaşlarına ali təhsil almaq məqsədilə təqaüd proqramı elan olunub.

Serbiya Hökumətinin “World in Serbia” (“Serbiyada Dünya”) proqramı çərçivəsində Belgrade University, University of Kragujevac, University of Niš və University of Novi Sad universitetlərində təhsil almaq üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ümumilikdə 3 təqaüd yeri ayrılıb.

Təqaüd proqramına:
bakalavriat səviyyəsi üzrə – 21 yaşadək;
magistratura səviyyəsi üzrə – 25 yaşadək;
doktorantura səviyyəsi üzrə – 35 yaşadək namizədlər müraciət edə bilərlər.
Müraciət üçün son tarix: 26 iyun 2026-cı il.
Ətraflı məlumat və qeydiyyat üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLSevQItl0KUaeWDHfofPfa539kcV_T2Gb0fuoUiCOC1KkPbt5A/viewform

Namizədlərə uğurlar arzulayırıq.