XƏBƏRLƏR

Beynəlxalq əlaqələr şöbəsini elanı!

04 iyun, 2026

Meksika Hökuməti tərəfindən xarici vətəndaşlar üçün nəzərdə tutulan “Mexico Government Excellence Scholarships for Foreigners 2026” təqaüd proqramına müraciət qəbulu elan olunmuşdur.

Proqram çərçivəsində xarici tələbə və tədqiqatçılar üçün aşağıdakı istiqamətlər üzrə təhsil və elmi fəaliyyət imkanları təqdim edilir:

  • bakalavr və magistratura səviyyələrində akademik mobillik proqramları (12 aya qədər);

  • tam magistratura proqramları (24 aya qədər);

  • elmi-tədqiqat və araşdırma proqramları (6–12 ay).

Müraciətlərin qəbulu 22 iyun 2026-cı il tarixinədək davam edəcəkdir.

Təqaüd proqramının şərtləri, uyğunluq meyarları, iştirakçı ali təhsil müəssisələri, maliyyə təminatı və müraciət prosedurları haqqında ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.gob.mx/amexcid/acciones-y-programas/becas-para-extranjeros-29785?state=published 

Təhsilini və ya elmi fəaliyyətini Meksikada davam etdirməkdə maraqlı olan tələbə, magistrant, doktorant və tədqiqatçıları proqramda iştirak etməyə dəvət edirik.