ADU – Kırıkkale Universiteti TİES Proqramı üzrə Tələbə Qəbulu (2026–2027)
05 may, 2026
Azərbaycan Dillər Universiteti (ADU) ilə Türkiyənin Kırıkkale Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, 2026–2027-ci tədris ili üzrə TİES mübadilə proqramı çərçivəsində tələbə qəbulu elan olunur.
Müraciət şərtləri:
ADU-nun bakalavriat səviyyəsi üzrə I və II kurs tələbələri;
Magistratura səviyyəsi üzrə I kurs tələbələri;
Aktiv tələbə statusuna və müsbət akademik göstəricilərə malik namizədlər.
Son müraciət tarixi:
26 may 2026-cı il
Sənədlər Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir.